Moderator.az xəbər verir ki, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bartına səfəri zamanı Bartın valisi Seyfettin Azizoğlu ilə görüşüb. Görüş zamanı Türkiyə - Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığını deyən millət vəkili bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib. “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ermənistan həm bu ölkədə həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus çoxlu sayda camiləri, tarixi abidələri, qəbirstanlıqları məhv etdib və bu vandalizm aktlarını bu gün də davam etdirir. Ermənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayaraq işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycamlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, yaşadıqları böyük ağrı və acılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vamdalizm aktları, dağıtdıqları camilər, tarixi və mədəbi abidələr, qəbirstanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girov götürdükləri azərbaycanlılara ”“ Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən danışaraq bu ağrı və acılar hər bir türk insanını ciddi narahat etməlidir deyib
Biz Azərbaycan və
Türkiyə olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qondarma erməni
soyqırımı yalanlarına qarşı birgə mübarizəni daha da gücləndirməliyik. Mən
inanıram ki, biz Azərbaycan və Türkiyə
olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və
bu cür görüşləri o gözəl torpaqımızda da
keçirəcəyik ”. Millət vəkili Qənirə Paşayeva Bartın valisinə həmmüəllifi olduğu
Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib
və geniş məlumatlar verib. Valiyə kitab barədə məlumat verən millət vəkili
bildirib ki, kitabda Xocalıda soyqrıma məruz qalan insanların yaşadıqları
ağrı-acılar onların öz dillərindən təqdim
olunub. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin
daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə
Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında
da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu
baxımdan millət vəkili Azərbaycanla Bartın arasında əlaqələrinin güclənməsinin
də çox mühüm olduğunu dilə gətirib:
"Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri
ilə qardaşlaşıblar. Bartınnın da Azərbaycanın
hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.” Millət vəkili valiyə “Qənirə Paşayeva ilə
addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Bartınnın da yer
alacağını bildirib. “Qənirə Paşayeva ilə
addım-addım Türk dünyası” kitabının gənclərdə sahiblənmək duyğusunu
formalaşdırmaq niyyəti daşıdığını söyləyən
millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar.
Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili
Qənirə Paşayeva Bartın valisi Seyfettin
Azizoğlu ölkəmizə dəvət edib. Bartın valisi Seyfettin Azizoğlu da öz növbəsində görüşdən məmnunluğunu bildirib.
“Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə
biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü
olması ilə biz də güclü oluruq”. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva
Bartın valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs
edən kitabları ,matreialları ,rəhbərlik
etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı
“Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib. Qarabağın
Azərbaycan musiqisində oynadığı böyük
rol və yerdən danışan millət vəkili Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ
xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib. Bartın valisi də millət vəkili Qənirə Paşayevaya Bartın ilə
bağlı materiallar, kitablar hədiyyə edib.
































































































