Siyavuş Kərimiyə orden verildi

Hazırda oxunan: Siyavuş Kərimiyə orden verildi

60766
Bəstəkar Siyavuş Kərimiyə “Şöhrət” ordeni verilib. 

Moderator.az -ın AzərTac-a istinadən verdiyi məlumata görə, bu barədə İlham Əliyev sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə Siyavuş Əşrəf oğlu Kərimi “Şöhrət” ordeni ilə təltif edilsin", -deyə sərəncamda deyilir. 

Kərimi Səyavuş Əşrəf oğlu 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961-1972-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, “Azkonsert”in “Aşıqlar” qrupunun, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin bədii rəhbəri, “Cəngi” estrada-folklor ansamblının musiqi rəhbəri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının (AMK) rektorudur. AMK-nın “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professorudur.

S.Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 2001-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S.Kərimi “Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida, cənub şəhəri”, “Girov” və s. geniş ekranlı bədii, 9 seriyalı “Heydər Əliyev” televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan “Hamlet” tamaşasına yazdığı musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin