Aşura günü Nardaranda İran bayrağının qaldırılması yaınız sıradan insanların deyil, bir çox ictimai-siyasi xadimlərin, millət vəkillərinin də kəskin narazılığına səbəb olub. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov baş verənlərin ölkə qanunları ilə ziddiyyət təşkil etdiyini vurğuladı:
“Hesab edirəm ki, İran
bayrağının qaldırılması məsələsinə ən dolğun cavabı Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı verib. Şübhəsiz ki, Azərbaycanın
müstəqil bir dövlət kimi öz bayrağı və atributları mövcuddur. Azərbaycan
daxilində, hansısa tədbir və aksiyalarda da bu bayraq qaldırıla bilər. Bu məsələ
bayraq haqqındakı qanunda da öz əksini tapıb. Başqa bir ölkənin bayrağı yalnız
həmin ölkə rəsmilərinin səfəri zamanı protokol qaydalarına uyğun olaraq
qaldırıla və ya ortalığa gətirilə bilər. Bu baxımdan İran bayrağının
qaldırılması ölkə qanunlarının pozulması deməkdir. Bu isə yolverilməzdir”.
Seymur Əliyev



























































































