“Səfirliklərin məhkəmə proseslərində iştirakı zəruridir”

Hazırda oxunan: “Səfirliklərin məhkəmə proseslərində iştirakı zəruridir”

60596

AXCP sədrinin müavini Gözəl Bayramlı Moderator.az-a açıqlamasında Azərbaycandakı xarici ölkə səfirlərinin siyasi fəallarla bağlı keçirilən məhkəmə prosesində iştirakının zəruri olduğunu vurğulayıb. G.Bayramlının sözlərinə görə, bu, məhkəmə hökmlərinə təsir göstərməsə də, mövcud reallıqların bilavasitə müşahidəsi baxımından əhəmiyyətlidir:

“Səfirliklərin məhkəmə proseslərində iştirakına normal baxıram, hətta bunu vacib hesab edirəm. Səfirliklərin məhkəmələrdə iştirakının qanunsuz, sifarişlə çıxarılan hökmlərin qarşısını alacağını düşünmürəm. Ancaq hesab edirəm ki, bu, Azərbaycanda məhkəmə sisteminin müstəqil olmadığına, tamamilə hakimiyyətin siyasi sifarişləri əsasında hökm çıxardığına canlı şahid olan xarici səfirliklərə Azərbaycan həqiqətlərini daha real müşahidə etmək imkanı verər. Yəni bütün dünya anlayar ki, Azərbaycanın ən böyük problem mövcud rejimdir”.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin