Moderator.az xəbər verir ki, Sakarya Universitetində müəllimlər və gənclər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva ilk olaraq gəncləri yaxşı oxumağa, yüksək səviyyədə təhsil almağa çağırıb və onlara uğurlar diləyib. Qarabağ münaqişəsi barədə geniş çıxış edə millət vəkili Qənirə Paşayeva harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalı olduğunu dilə gətirib. “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”, ”“ ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, ”“ deyib.
O, həmçinin bildirib ki, nənələrimizin, “görməsək
də duymasaq da o köy bizim köyümüzdür” sözlərini rəhbər tutaraq Dağlıq
Qarabağı, o gözəl torpaqları: Xankəndini, Laçını, Şuşanı birlik və bərabərlik
içində Ermənistan işğalından azad etməliyik. Millət vəkili 20-ci əsrin əvvəlində
ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda
müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki,
dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni
soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının
alınmasının tək bir yolu var ”“ birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri
dünyaya birlikdə daha da geniş yaymaqdır.
“Qondarma erməni soyqırımı iddialarına qarşı
mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı
olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını
almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə
çatdırmalıyıq”.
Millət
vəkili qeyd edib ki, mən ilk dəfə Türk Tarix Qurumuna gedərkən orada Böyük Qazi
Mustafa Kamal Atatürkün “tarixi yazmaq yaratmaq qədər önəmlidir”-sözlərini
görmüşdüm. Böyük Atatürk sağ olsaydı yəqin ki, tarixi öyrətmək onu yazmaq və
yaratmaq qədər önəmlidir deyərdi. Biz tariximizin acılarını öyrənərək onu
dünyaya yaymağa nail olmalıyıq. Xocalı soyqırımının yalnız 22 il əvvəl baş verən hadisə olmadığını, onun
köklərinin 100-150 il öncə ermənilərin qurduğu məkrli plana söykəndiyini dilə gətirən millət vəkili gəncləri tarixə
yaxndan bələd olmağa çağırıb. “Tarixdə oynayan oyunlar yenidən təkrarlanır. Tarixə bələd olaraq bu hadisələrin təkrarlanmamasının
və onu törədənlərin ədalət qarşısında
cavab vermələrini təmin edə bilərik”. Türk gəncliyinin üzərinə bu məsələdə
böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini
tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və
qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin
daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının,
işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada
daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi
gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan
yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva
bildirib ki, hər ay bir əcnəbi ilə dostluq quraraq ona tarixi gerəkliklər barədə
məlumat verərsəniz, bu ildə 12 nəfərin türk tarixi barədə məlumatlı olmasına səbəb
olar. Bu məsələdə hər birimiz daha da duyarlı olmalıyıq. Millət vəkili gənclərin
Türk dünyasının böyük qazisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir” Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir
millət iki dövlət” fikirlərində yola çıxaraq hərəkət etmələrinin vacibliyini
vurğulayıb. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində
fəaliyyət göstərməsi çox vacibdir. Çünki bizim babalarımız istər Çanaqqala
savaşında, istər Azərbaycan Cümhuriyyətinin qurulması uğrunda gedən mübarizələrdə
nənələrimizin mahnılarında deyildiyi kimi, “getməsək də görməsək də o köy bizim köyümüzdür” deyərək mübarizə
etmişlər. Biz bir olaraq bütün türklərin torpaqları olan Dağlıq Qarabağ, Xankəndi,
Şuşa Laçın və digər o gözəl torpaqları birlik və bərabərlik içərisində işğaldan
azad edə bilərik”,-deyərək fikirlərini
yekunlaşdırıb. Sonda Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları,materialları
universitetin kitabxanasına bağışlayıb. Eyni zamanda Sakarya Universiteti Öyrənci
Topluluğuna da Azəraycanın tarixi və incəsənətinə həsr olunmuş hədiyyələr təqdim
edilib. Onlar da öz növbəsində millət vəkili Qənirə Paşayevaya plaket təqdim
ediblər.

































































































