Arif Paşa Mahir Cavadovu yıxıb-sürüdü...

Hazırda oxunan: Arif Paşa Mahir Cavadovu yıxıb-sürüdü...

60231
Moderator.az xəbər verir ki, Laçın özünümüdafiə alayının komandiri, polkovnik Arif Paşa Avstriyada mühacirətdə yaşayan Xətai rayonun keçmiş prokuroru Mahir Cavadova qarşı sərt açıqlama ilə çıxış edib:

"Vətənə, Üçrəngli bayrağa, Türkçülüyə nifrət edib, mənim bu dəyərlərə sevgimə görə mənə düşmənçilik edib, böhtanlar yağdıran Mahir Cavadov! Məcbur olub burada yazdım! Qazaxıstandan gətirmək istədiyiniz və Azərbaycanda separatçılıq fəaliyyəti ilə məsğul olacaq, 200 min nəfəri Laçına buraxmadığımı həzm etmədiyini bilirəm. Amma ləyaqətsiz yazilar yazib, gizlənmək kişilikdən deyil!!!Mən çox dözdüm! Mənə zəhər verməli olan aşbazı, məni güllələmək üçün tutduğun killeri,əliylə mənə yüz böhtanlar atdirdiğin PKK-çını, H. Əliyevə guya sui-qəsd edəcəyim barədə yalan məlumatlar verib, məni guya Laçının isğalına aidiyyatlı kimi həbs etdirməyini unutmaq istədim. Sən qoymadin! Sənin çox az insana bəlli olan iç dünyan, xislətin buna imkan vermədi! Bu böhtanların cavabını verəcəksən! Şəhidlərin ruhuna and içirəm! Sən bu xalqa ancaq fəlakət gətirə bilərsən... Necə ki, zamanında gətirdin..."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin