“Cinayət işi”nin aparıcısından ANS-dən çıxması xəbərinə - Reaksiya

Hazırda oxunan: “Cinayət işi”nin aparıcısından ANS-dən çıxması xəbərinə - Reaksiya

60194
ANS TV-də yayımlanan “Cinayət işi” verlişinin aparıcı Rəşad Abbasov işdən ayrılması barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

Moderator.az məlumatına görə, bəzi saytlarda aparıcının rəhbərlik tərəfindən işdən uzaqlaşdırıldığı bildirilib. Aparıcı isə bu məlumatı təkzib edib:

“Yayılan məlumatlar kökündən düzgün deyil. Bu barədə bir neçə sayt yazıb, amma o xəbər çıxan vaxtı mən efirdə olmuşam. Mən nə şifahi, nə də yazılı müraciət etmişəm. 10 ildir ki, ANS kanalında çalışıram. Elə bu gün 19:30-da “Cinayət işi” verilişini aparacam. Bu barədə açıqlama vermək istəmirdim. Amma hamı zəng edib, işdən ayrılmağım barədə soruşur. Məsələyə aydınlıq gətirmək istədim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin