Azərbaycanda 864 iş yeri

Hazırda oxunan: Azərbaycanda 864 iş yeri

60003
Bu ildə ADİU- ya 71 dövlət orqanı üzrə 864 vakant yer ayrılıb.

ADİU-nun Marketinq və Kommunikasiya Departamentindən verilən məlumata görə 30 oktyabr-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və İnsan resurslarının idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Kamil Baxşəliyev Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistrları ilə görüş keçirib. 

Məqsəd gənclərin dövlət qulluğuna cəlb edilməsi olub.Görüş zamanı tələbələr komissiyanın fəaliyyyəti və qarşısında duran vəzifələri , dövlət qulluğu sahəsində aparılan islahatlar, qəbulla bağlı tətbiq olunan yeniliklərlə tanış olublar. 

Bununla yanşı keçirilən müsabiqələrin şəfaff və obyektiv olması ilə bağlı tələbələr məlumatlandırılıb. 

Onu da qeyd edək ki, keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarda ADİU-nun tələbə və məzunlarının qəbul və işədüzəltmə prosesində üstünlük təşkil etdikləri bildirilib. 

Görüşün sonunda komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıb.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin