Azərbaycanlılar Rusiyanın milyarderlər siyahısında...

Hazırda oxunan: Azərbaycanlılar Rusiyanın milyarderlər siyahısında...

59902
Rusiyada yaşayan azərbaycanlı milyarderlər bu ölkədəki milyarderlər siyahısında 6-cı yerdədirlər. 

Moderator.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkədə yaşayan ən varlı insanların etnik mənşəyinin öyrənilməsi istiqamətində araşdırma aparılıb. Bəlli olub ki, ən varlı rusiyalılar içərisində 22 etnosu təmsil edən  milyarder var və onların ümumi varidatı 481,15 mlrd. dollar təşkil edir. Araşdırma məhşur Forbes jurnalındakı 200 ən varlı rusiyalı  siyahısına əsasən aparılıb.

Araşdırma nəticəsində bu varlılar 3 qrupa bölünüb.  Birinci, “Böyük üçlük” adlanan qrupa ruslar, yəhudilər və ukraynalılar  düşüb.
İkinci, orta tərkibə isə tatarlar, azərbaycanlılar, dağ yəhudiləri, ermənilər, inquşlar, çeçenlər, özbəklər, osetinlər daxildir.
Üçüncü, bir nəfərlə təmsil olunan varlılar qrupuna isə avarlar, ləzgilər, ərəblər, belaruslar, yunanlar, gürcülər, kabardinlər, kürdlər, qazaxlar, litvalılar yer alıb.
Ən maraqlısı budur ki, Rusiyada çoxsaylı milyarder olsa da,  burada ancaq üç nəfərin  adı yer alıb. Ən varlı azərbaycanlının 13,6, ən kasıbı isə 1.4 mlrd. dollarla bu siyashıda yer alıb. Ancaq bu milyarderlərin kim olması barədə məlumat verilimir. Digər tərəfdən, dağ yəhudləri Azərbaycandan çıxma olsalar da,  onlar ayrıca  etnoc kimi göstərilib. Məlumatda o da bildirilir ki, dağ yəhudiləri varlılar siyahısında ən öndə gedən etnosdur. Belə ki, Rusiya vətəndaşlığını daşıyan 762 nəfərdən  6 nəfəri milyarderlər sırasında yer alıb. Hansı ki, bunlar əsasən Azərbaycanda yaşayan dağ yəhudiləridir.  Dağ yəhudilərinin ən varlısı 3.6, ən kasıbı isə 0.5 mlrd. dollarla siyahıda yer alıb.
Əgər azərbaycanəsilli etnoslar nəzərə alınarsa, o zaman azərbaycanlı varlılar bu siyasıda ən azı 3-4-cü yeri bölüşməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin