Müxalifəti bir araya gətirmək səyləri səmərəsiz vaxt itkisidir...

Hazırda oxunan: Müxalifəti bir araya gətirmək səyləri səmərəsiz vaxt itkisidir...

59901
Dünən müxalifətin əks cinahında olanlar-Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi KXCP qərargahında toplaşıb siyasi məhbuslarla bağlı piket keçirməyi qərara alıblar. Bəlkə Siz belə bir təşəbbüslə çıxış edib bir-birini həzm edə bilməyən liderləri bir araya gətirib bu pərakəndəliyə son qoyulmasına cəhd edəsiniz? Ümumiyyətlə, müxalifəti bu uçurumdan necə xilas etmək olar sizcə?

Moderator.az Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamala müraciət edib. Qurum rəhbəri

"Müxalifət adlanan toplum birrəngli və eyni məqsədli deyil. Azərbaycanda hökm sürən repressiya, korrupsiya və rüşvət siyasətinə, avtoritar meyllərin güclənməsinə münasibət də  müxalifət qurumlarında eyni deyil. Son vaxtlar müxalifət cəbhəsində baş verən təbəddülatlar da  bu qurumları kifayət qədər məsafədə saxlayıb. Düşünürəm ki, əgər məqsəd safdırsa, mübarızə əzmi güclüdürsə, bu mübarizədə məram səmimidirsə bu qüvvələrin yolu hardasa kəsişəcək. Ancaq hazırkı durumda bu qüvvələri bir araya gətirmək üçün göstərilən səylər düşünürəm ki, fayda verən deyil və səmərəsiz vaxt itkisidir. Lakin istisna etmirəm ki, ölkənin ictimai-siyasi həyatında baş verə biləcək hər hansı bir əsaslı dəyişiklik bu qüvvələri müəyyən məqsədlər üçün bir araya gətirə bilər."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin