Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 9-12, gündüz 13-16 dərəcə olacaq.
Rayonlarda da gecə və səhər duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək. Aran rayonlarında temperatur gecə 5-10 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq ərazilərdə gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

































































































