Moderator.az xəbər verir ki, Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) Azərbaycan bölməsinin sədri Rav Şmuel Simatov və təşkilatın mətbuat katibi Murad Salmanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb. Təşkilatdan verilən məlumata görə ilk öncə qonaqları salamlayan Komitə sədri dövlətin tolerantlıq siyasətindən və Azərbaycanda müxtəlif dindən olan insanların birlikdə sülh içində yaşamasından danışıb. O həmçinin bildirib ki, tolerantlıq Azərbaycan dövlətinin ən başlıca siyasətindən biridir:
" Azərbaycan vətəndaşı "Dini etiqad
azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə
bilir. Azərbaycanın ictimai- siyasi həyatında dini sabitlik faktiki olaraq digər
ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini
konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada
tolerantlıq nümunəsidir"
Rav Şmuel Simantov təşkilat
haqqında məlumat verərək bildirib ki, biz hər yerdə Azərbaycan xalqının necə
bir tolerant xalq olmasından və prezident İlham Əliyevin tolerantlığa verdiyi
önəmdən danışırıq:
" Biz Azərbaycanı istər İsraildə, istərsə də Amerikada təbliğ edirik. Çünki biz Azərbaycanda
doğulmuşuq və bura bizim də vətənimizdir. Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi
icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin
yanındayıq".
Rav
Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda
dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu
bildirib.
Görüşdə iki tərəfli əməşdaşlq və Azərbaycan və
yəhudi xalqlarının qardaşlığını gücləndirə
biləcək ortaq lahiyələr haqqında müzakirə aparılıb. Görüşün sonunda Mübariz
Qurbanlı Rav Şmuel Simantova Azərbaycanın
dini məbədlərini əks etdirən kitab hədiyyə edib.




























































































