Polisə elektroşokerdən istifadə etmək hüququ verildi

Hazırda oxunan: Polisə elektroşokerdən istifadə etmək hüququ verildi

59672

Moderator.az-ın məlumatına görə, Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Polis haqqında” qanuana dəyişiklik məsələsi müzakirə olunub.

Qanuna dəyişiklik barədə məlumat verən Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 26-cı maddəsinin 3-1 bəndinə aşağıdakı məzmunda dəyişiklik edilməsi nəzərdə tutulur:
“Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər.
Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə. Hüseynli bildirdi ki, bu məsafədən cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu zərərsizləşdirməyə imklan verəcək:
“Elektroşokdan istifadə etməklə tətbiq ediləcək şəxsi və qrupu bir neçə metrlikdən zərərsizləşdirmək mümkün olacaq. Belə bir metod dünyada mövcuddur və dünyanın bir çox inkişaf etmiş ölkələrində hətta bundan istifadə olunur.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin