Ukrayna xalqı Rusiyaya ölümcül zərbə vurdu- Rəsul Quliyev

Hazırda oxunan: Ukrayna xalqı Rusiyaya ölümcül zərbə vurdu- Rəsul Quliyev

59620
Eks-spiker Rəsul Quliyev Ukraynadakı parlament seçkilərinin nəticələri barədə Moderator.az-a açıqlamasında çox maraqlı və diqqətçəkən şərh verib:

  "Ukraynada keçirilmiş 26 oktyabr parlament seçkiləri ölkənin Avropa seçiminin final akkordlarını vurdu. 23 il müddətində prezident və parlament seçkilərində həlledici qüvvəyə malik olan Rusiyanın təsir potensialına Ukrayna xalqı ölümcül zərbə vurdu. Ölkə bir daha geri dönməyəcək Avropa İttifaqı siyasətini seçdi.
 Viktor Yuşenko prezident seçiləndə bu proses başlamalı idi, təəssüf ki, nəyin bahasına olursa- olsun prezident olmaq istəyən ambisioz Yulya Timoşenko buna imkan vermədi. Bu gün Ukraynada Avropa və ABŞ ”“dakı kimi, iki ideologiyanın daşıyıcısı olan siyasi partiyaların arenaya çıxmasının konturları görsənir. Petra Poroşenkonun bloku və Özünə Kömək partiyalarının ideologiyası daha çox liberallara oxşayır, ABŞ demokrat, Almaniya sosial- demokrat, Fransa sosialist və başqa partiyaların ideologiyasına bənzəyir və çox ehtimal onlar gələcəyinə ya birləşəcək və ya həmişə koalisiyada olacaqlar.
 Xalq Cəbəhəsi və Azadlıq partiyaları daha çox ABŞ respublikaçılar, Almaniya Xristian demokrat, Fransa və İngiltərə Konservator partiyalarına daha yaxındır və onlar da birləşəcək. Bu iki ideologiya (Avropa İttifaqı) bu günkü parlamentin 85 faizini təşkil edir, konstitusiya çoxluğuna malikdirlər.
 Timoşenkonun Batkovşina və Yanukoviçin Müxalifət partiyaları əsas partiyalar tərəfindən yaxın 5 ildə daha da zəifləndiriləcək.
 Ukrayna maksimum 10 ilə Avropanın böyük və varlı ölkələrindən birinə çevriləcək, buna heç bir şübhə ola bilməz. NATO-nun üzvü olacaq. Ukraynanın 20 min kvadrat kilometrinə qədər torpaqlarını işğal etmiş Rusiya və özünü müasir Pyotr 1 və Stalin hesab edən Putin 600 min kvadrat kilometr ərazini itirdi, ölkəsinə düşmən 45 milyonluq xalq və 2 milyonluq ordu qazandı. Azərbaycanın 20 min kvadrat kilometr ərazisini işğal edən ermənilər  1990-cı illərdə eyforiyaya düşüb sevinirdilər, bayram edirdilər. Ancaq illər keçdikcə bu torpaqların işğalının onlara kədər və çıxılmazlıqdan başqa bir şey vermədiyini dərk edib daha öyünmədilər. Özünü imperiya hesab edən Rusiya  və onun imperatoru Putin işğal etdiyi 20 min kvadrat kilometrlik əraziyə görə bu gün ermənilərdən çox sevinir və Valday forumundakı çıxışında özünün necə dahi və qəhrəman olduğundan ağız dolusu danışırdı. 17 milyon kvadrat kilometr ərazisi olan Rusiyaya 20 min kvadrat kilometrlik bir ərazini işğal edib əlavə etməklə dünyanın bütün ölkələrini cırtdan iqtisadiyyatı, zəif ordusuna qarşı qaldıran bir şəxs paranoik deyil, bəs nədir?
 
26 Oktyabr Ukrayna seçkiləri əsasən 19 əsrdə süni sürətdə yaradılmış Rusiya imperiyasının süqutunun, dağılmasının başlanığıcıdır. Rusiyanı ekonomik iflasdan xilas edə biləcək yeganə bir faktor ola bilər.  Avropa, ABŞ,Yaponiya və Koreya Çinin güclənməsini daha təhlükəli fakt kimi qəbul etsə (çünki yaxın 15-20 ildə Sibirin Çinin təsiri altına düşməsi labüddür) Rusiyaya qarşı olan sanksiyaları zəiflədəcək, onu dağılmağa qoymayacaq. Putin özünün qüdrətli ölkələrin əlində yararsız bir alət olduğunu anlamır, bu dəhşətdir. O hələ də ölkəsinə vurduğu zərərin miqyasını anlaya bilmir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin