Kəmaləddin Heydərov qəbul keçirəcək

Hazırda oxunan: Kəmaləddin Heydərov qəbul keçirəcək

59584
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 30-da Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Moderator.az -ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) 29 oktyabr 2014-cü il tarixində saat 09:00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin