Nazir Moskvaya balet premyerasına gedəcək

Hazırda oxunan: Nazir Moskvaya balet premyerasına gedəcək

59008
Sabah Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, professor Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçiriləcək.
 
Məlumata görə, uzun fasilədən sonra tamaşa bərpa edilərək yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunacaq.
 
Y.Qriqoroviçin quruluşunda və S.Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiyanın Əməkdar artisti Pavel Sorokindir.
 
Premyerada iştirak etmək üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvaya gedəcək. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, tanınmış balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov, bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, gənc bəstəkarlar və Bakı Musiqi Akademiyasının tələbələri daxildir.
 
Xatırladaq ki, bəstəkara böyük şöhrət qazandıran "Məhəbbət əfsanəsi" baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir. Balet ilk dəfə 1961-ci ildə Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında - indiki Sankt-Peterburq Mariinski Teatrında tamaşaya qoyulub. Həmin tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq artisti Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olub.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin