Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Moderator.az-a açıqlamasında son məhkəmə prosesi ilə bağlı fikirlərini dilə gətirib. E.Quliyev R.Usubovun vəkili Əlirza Həbilovun saytımızda yer alan bəzi fikirlərinə də münasibət bildirib:
“Sözün
öldüyü bir məmləkətdə nə deyəsən, kimə deyəsən?.. Hər Ədalətli, səmimi,sidq-ürəklə deyilmiş SÖZ əgər lal divara, buz təki
soyuq ürəklərə dəyib yerə düşürsə... daha nə deyəsən?! Mən Azərbaycan adlı ölkəmi,onun
dəyərlərini küllü-aləmdə biyabır edən ixtiyar sahiblərinin yerinə utanıram!..
Əlirza
müəllimin son açıqlamasına gəlincə, vəkilin öz müştərisinə sədaqəti təbii ki,
alqışlanmalıdır. Amma qədərindən artıq məftunluq da düzgün deyil. O mənada
ki, əgər nazir deyirsə, deməli bu, əstəğfürulla, Quran ayəsidir, nazir
buyurursa, bu, haqqın-ədalətin özüdür, nazir əmr edirsə, qanunlar, humanizm
prinsipləri tapdalana da bilər və s. və i. a. yanaşma qüsurlu, qüsurlu olduğu qədər
də zərərli mövqedir.
Hörmətil Əlirza müəllim ona verilən tapşırığı qeyd-şərtsiz icra edən adamdır.
Düşünürəm ki, onun səhvi,yaxud çatışmayan cəhəti isə aldığı tapşırığın mahiyyətinə varmadan əlahəzrət Qanunu verilən həmin fərmayişə uyğunlaşdırmağa
can atmasıdır. Hormətli-izzətli vəkil təəssüf ki,tapşırıqlarını yerinə
yetirdiyi yüksək çinli məmurun "fövqəladə" bacarığının ictimai rəydə
çox da pozitiv dəyərləndirilmədiyinin fərqində deyil... Qanun Şah olmalıdır, əksinə
yox! Nədənsə bu fikir çox vədə elə Qanunu qorumalı olan bəzi səlahiyyət sahibləri
tərəfindən istehza ilə qarşılanır.
Mənim məhkəmə prossesimdə isə bu, özünü daha aydın şəkildə biruzə verir. Belə
olmasaydı, demokratik prinsiplərə, söz və ifadə azadlığı kimi fundamental dəyərlərə
bunca sayqısızlıq göstərməzdilər”.
Seymur
Əliyev

































































































