Sabah hava necə olacaq?

Hazırda oxunan: Sabah hava necə olacaq?

58784

Sabahdan Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az - a bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi arabir güclənəcək.

 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə çiskin müşahidə ediləcək. Lənkəran-Astara bölgəsində yağış ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin