Ana Vətən Partıyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Müstəqilllik Günü ilə əlaqədar olaraq xalqımızı təbrik edib. Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:
“Hörmətli həmvətənlər
1991-ci ilin 18
oktyabrında parlament tərəfindən “Müstəqlllik Haqqında Konstitusiya Aktı”nın qəbul
olunması tariximizin çox şərəfli bir səhifəsidir. Bu, Azərbaycanın ərazi
bütövlüyü və müstəqilliyi uğrunda apardığımız mübarizənin məntiqi yekunu idi.
Ölkəmiz bolşevik istilası nəticəsində 1920-ci ildə itirdiyi müstəqilliyinə əsrin
sonunda yenidən qovuşdu.
1994-cü
ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə
18 Oktyabr ”“ Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir. O, gündən ölkədə nəinki
siyasi, iqtisadi və sosial quruculuğun əsasları təşəkkül tapdı, həmçinin
qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan millətlərarası və dinlərarası münasibətlər
sistemi quruldu. Bu Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin apardığı siyasi xəttin uzaqgörənliyini sübut edir.
Əziz Azərbaycan xalqı!
Bizim üçün müstəqillik xoşbəxtliyini sözlə
ifadə etmək mümkün deyil. Qəlbində Azərbaycan sevgisi ilə yaşayan
soydaşlarımızı Müstəqillik günü münasibəti ilə təbrik edir, hər birinizə fəal vətəndaşlıq
mövqeyi, müstəqilliyimizin və
azadlığımızın əbədi olmasını arzulayıram”.






































































































