Abbas Abbasovun yenidən fəallaşması barədə ölkə KİV-lərində geniş məlumatlar yayılıb. Əsas səbəb kimi də Moskvadakı məlum qüvvələrin onun Bakıya hesablanmış təhdidləri ilə bağlıdır. A.Abbasovla əlaqədar əvvəllər səsləndirdiyi kəskin açıqlamaları nəzərə alaraq, məsələyə münasibət öyrənmək məqsədilə həmişə obyektiv mövqeyilə fərqlənən keçmiş millət vəkili Eldar SABİROÄžLUNA müraciət etdik və ondan Abbas Abbasovun bu dəfə hansı niyyətlə meydana atıldığı ilə bağlı fikirlərini Elchi.az-la bölüşməsini xahiş etdik.
Eldar SABİROÄžLUNUN fikirlərini diqqətinizə çatdırırıq:
“Mən onun haqqında nəsə danışmaq istəmirəm. İki dəfə
bu barədə öz münasibətimi bildirmişəm. Digər tərəfdən, cəmiyyətdə elə mühit
formalaşıb ki, kiminsə haqqında nəsə bir fikir söyləyərkən hardasa onun
bir umacağı olduğunu düşünürlər. Mənim heç bir umacağım yoxdur. Sadəcə o, Azərbaycan
barədə elə mövqe sərgiləyirdi ki, bunu sükutla qarşılamaq heç cür mümkün
deyildi. O adam yolunu dəyişməyib. Bu aşkardır. Əksinə, əvvəllər getdiyi yolu
indi daha açıq şəkildə davam etdirir. Kreml onu bir balaca həvəsə gətirməklə
Abbas müəllimin bütün mahiyyətini açıb ortaya qoydu. O gərək belə etməyəydi.
Başa düşməliydi ki, növbəti “rasxod”lardan biri də o olacaq. O ki qaldı
onun Azərbaycana hansısa təsir imkanına, mən bunu real saymıram. O öz təzadlı
siyasi oyunları ilə Azərbaycanda dost olduğu adamları da itirir. Məhz buna görə
də mən yenə o fikirdəyəm ki, onun “İstiqlal” ordenini daşımağa mənəvi haqqı
yoxdur”¦”
Elchi.az































































































