ABŞ professorları ATU-da

Hazırda oxunan: ABŞ professorları ATU-da

58353
Bu gün Azərbaycan Tivv Universitetinin (ATU) Tədris-Terapevtik klinikasında Terapiyanın aktual problemləri mövzusunda elmi-praktik seminar işə başlayıb. İki gün davam edəcək seminarda amerikalı mütəxəssislər iştirak edirlər.

ANS PRESS xəbər verir ki, ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev elmi-praktik seminarın əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, bu tip seminarlar rezidentlərlə yanaşı, həmçinin həkimlərə çox faydalıdır. Seminar xarici ölkələrdə terapiya sahəsində problemlərin həlli ilə bağlı təcrübəni öyrənməyə imkan verəcək.

Tanınmış terapevt, Vaşinqton Hərbi Tibb Universitetinin professoru Susan Brunsel “Hiperlipidemiya”, infeksionist, Cənubi Karolina Tibb Universitetinin professoru Jems Jonson “Qastroenteritlər”, terapevt, Venderbilt Universitetinin professoru Villiam Meynard “Ürək çatışmazlığı”, nefroloq, Ayova ştatının Tibb Universitetinin professoru Villiam Lauton “Beynəlxalq hipertenziya protokolları” mövzularında mühazirə oxuyublar.

İki gün davam edəcək seminarın sonuncu günündə professorlar fərqli mövzularda çıxış edəcək, iştirakçıların suallarını cavablandıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin