Bu barədə Moderator.az-a adının çəkilməsini istəməyən mənbə tərəfindən məlumat verilib. İddiaya görə polkovniki həbsdən məhkəmə hakimiyyətinə təsir etmək iqtidarında olan güclü əl xilas edib...
Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs olunmuşdu.
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılaraq aonradan həbs edilmişdi.





























































































