Rusiya hərbi gəmiləri Bakıda...

Hazırda oxunan: Rusiya hərbi gəmiləri Bakıda...

58270
Oktyabrın 16-da Rusiya Xəzər Dəniz Donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmisi Bakı buxtasına gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, gəmilərin ekipajını Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının Bakıdakı səfirliyinin nümayəndələri qarşılayıb.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək .


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin