Bakını şəhərinin paytaxt olması strateji, hüquqi, iqtisadi, sosial baxımdan vacibdir.
Bunu Bakı şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev ANS PRESS-ə bildirib.
O, qeyd edib ki, paytaxtın köçürüləcəyi ilə bağlı fikirlər düzgün deyil. Buyalnız referendum yolu ilə konstitusiyada dəyişiklik edilərək həyata keçirilə bilər.
“Bakı hələ yaşayış məskəni kimi öz imkanlarının heç 30%dən isitfadə etməyib. Bunun üçün də görüləcək işlər qabağdadır.”
C.Qocayev onu da qeyd etdi ki, “ Bakının tarixi məkan olması, Xəzərin sahilində zəngin neft yatağının üstündə yerləşməsi və s yəni onun strateji, hüquqi, iqtisadi, sosil baxımdan vacibliyi, Bakının paytaxt olmasının əhəmiyyətini göstərir”.
Buna görə də paytaxtın köçürülməsi hazırda planda nəzərdə tutulmayıb.
































































































