Prezident fərman verdi

Hazırda oxunan: Prezident fərman verdi

58036
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.
Moderator.az -ın məlumatına görə, fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 210 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, â„– 7, maddə 476; 2005, â„– 2, maddə 71; 2007, â„– 4, maddə 323; 2008, â„– 5, maddə 372; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 224 nömrəli Fərmanı) 2-ci hissəsindən “, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 oktyabr 2014-cü il.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin