Moderator.az xəbər verir ki, oktyabrın 13-də Ümid Partiyasının Tovuz rayon Şöbəsi növbəti konfransını keçirib. Konfransda Ümid Partiyası İcra aparatının rəhbəri Taleh Əliyev və Təşkilat şöbəsinin müdiri Təbriz Dadaşov iştirak ediblər. Əvvəlcə Təşkilat komitəsinin hesabatı dinlənilib, təşkilatı məsələyə baxılıb.
Nağıyev Emin Şahvələd oğlu Tovuz Rayon Şöbəsinə sədr seçilib. Həmçinin NTK üzvləri
seçilib və Nizamnaməyə uyğun olaraq 11 nəfər
Məclis üzvləri təsdiqlənib. Konfransdan dərhal sonra Məclisi və Nəzarət Təftiş
Komitəsi öz yığıncaqlarını keçirib və hər iki qurum özünə sədr seçib.
Həmin gün Tovuz Rayonunda Partiya regional müşavirə
də keçirib. Müşavirədə Gəncə, Samux, Daşkəsən, Şəmkir, Tovuz və Ağstafa rayon
şöbə sədrləri iştirak ediblər. Bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti,
qarşıda duran vəzifələr, Seçki Məcəlləsi və bir sıra digər məsələlər müzakirə
olunub.



































































































