Millət vəkilindən daha bir xoşməramlı addım- FOTO

Hazırda oxunan: Millət vəkilindən daha bir xoşməramlı addım- FOTO

57851
Moderator.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva  Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib, uşaqlarla, onların valideynləri və mərkəzin kollektivi ilə görüşüb və geniş söhbət edib.
 Ã–lkəmizin Birinci xanımı Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində belə bir mərkəzin açılmasının daun sindromlu uşaqların yüksək səviyyədə müalicə və təhsil almasına imkan verdiyini  vurğulayan millət vəkili Qənirə Paşayeva bu mərkəzdə göstərilən bütün xidmətlərin pulsuz olduğunu qeyd edərək bütün daun sindromlu uşaqların mərkəzin fəaliyyətindən geniş yararlanmasının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu sindromla doğulan uşaqların hamısı bu mərkəzə müraciət edərək mütəxəssislərin nəzarətində olarlarsa bu uşaqlar üçün də, ailələr üçün də müsbət olar. Millət vəkili Q.Paşayeva daun sindromlu şəxslərə ailələrin, cəmiyyətin ümumi baxışının dəyişilməsi məqsədilə əhali arasında geniş maarifləndirmə işlərinin genişlənməsinin vacibliyini də qeyd edib. Ailəsində daun sindromlu uşaqların doğulması nəticəsində tək qalan anaların problemlərinə daha ciddi diqqət göstərilməsinin vacibliyi ətrafında da fikir mübadiləsi aparılıb. Mərkəzin kollektivi ilə söhbət zamanı millət vəkili Qənirə Paşayeva  onlara bu önəmli fəaliyyətlərində uğurlar arzulayıb. Qənirə Paşayeva hər bir uşaq və ailəsi ilə də söhbət edib.
Millət vəkilindən daha bir xoşməramlı addım- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2332.jpg">Millət vəkilindən daha bir xoşməramlı addım- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2333.jpg">Millət vəkilindən daha bir xoşməramlı addım- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2334.jpg">Millət vəkilindən daha bir xoşməramlı addım- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2335.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin