Həcc ziyarətini başa vuran zəvvarlarımızın Müqəddəs torpaqlardan geri dönüşü başlayıb.
Moderator.az Hacı adı alan bəylərimizi və xanımlarımızı təbrik edir və ziyarətlərinin qəbul olunmasını diləyir.
Yeri gəlmişkən, ölməz şairimiz Cabir Novruzun 1993-cü ildə qələmə aldığı aşağıdakı şeiri də bir ibrət dərsi kimi oxucuların diqqətinə çatdırmağı lazım bildik:
İndi hamı həccə gedir
İndi Məkkə dəbə düşüb,
İndi çoxu Həccə gedir”¦
Yüzlər ilə lotu, düşük,
Dəllal, oğru Həccə gedir”¦
Jükandarlar say-hesabsız,
Bazardarlar birmi,onmu?
İçlərində bir düz tapmaz,
Vurun mənim boynumu”¦
Gedir köhnə kommunistlər,
Gedir tazə dinpərəstlər
Ateistlər, populistlər,
Həccə gedir dəstə-dəstə.
Gedir dünən var səsilə
Allah, yoxdur ulayanlar
Bircə tikə, bircə gilə
Əqidəsi olmayanlar.
Dünən sağı döyən kəslər,
Tamam sola əyir bu gün”¦
Dünən Lenin deyən kəslər,
Ya Məhəmməd deyir bu gün”¦
Xirtdəyəcən dünahkar,
Lövbər salıb o yerlərə,
Amma min-min təmiz, naçar,
Həsrət qalıb o yerlərə”¦
Su yoluna dönüb Məkkə,
Can qalmayıb Mədinədə”¦
Pulları da ətək-ətək,
Axıb gedir xəzinəmiz”¦
Bu keçmişdən bizə miras,
Babalardan bizə qalıb”¦
Həccə getmək təzə deyil,
O vaxtlar da gedərdilər,
Gedərdilər tək-tək, az-az,
Mömin, Allah adamları”¦
Gedərdilər axşam-səhər”¦
Gedərdilər gündüz-gecə”¦
Pay-piyada gedərdilər,
Mədinəyə, Məkkəyəcən,
Canlarını üzə-üzə.
İndi isə, indi isə,
Üç saata yetişirlər,
Məhəmmədin hüzuruna”¦
«Boinq»lərdə ötüşürlər,
Məst olurlar «Limuzin»də
Sür papaqlar tikdirirlər,
Uzun saqqal buraxırlar”¦
Videolara çəkdirirlər,
Özlərini bu cahillər”¦
İbadət eyləyən yerdə”¦
Bir yol da çəkdirəydilər
Ticarət eyləyən yerdə”¦
Ömrü boyu kələk ilə
Yaşayan bu fırıldaqlar”¦
Bir Məkkəyə getmək ilə,
Guya ki, saf olacaqlar”¦
Keyflərini xoş edirlər,
Bu nə iman, bu nə dindi?..
Dünən araq nuş edənlər,
Abu-zəmzəm vurur indi”¦
Guya bol-bol içirlər ki,
Cənnət düşə paylarına”¦
Bir günahsız mələk təki,
Qayıdırlar evlərinə”¦
Bunlar hardan göyəriblər,
Bunlar necə Həccə gedir”¦
Soruşan yox bu həriflər,
Hansı pula, xərcə gedir?...
Bu nə oyun, nə mərəkə,
Bu nə küfr, nə ənənə”¦
Qoyma, qoyma ulu Məkkə,
Murdar əllər deyə sənə”¦
1993
Cabir Novruz




























































































