Azərbaycanın İŞİD xofu

Hazırda oxunan: Azərbaycanın İŞİD xofu

57730

Özəl mənbədən Moderator.az-a daxil olan məlumata görə son günlər Azərbaycandan İŞİD terror təşkilatına üz tutan şəxslərin artması ilə bağlı mövcud narahatlıq güc orqanlarını hərəkətə gətirib. Belə ki, İŞİD üzvü olan şəxslərin mümkün toplanış məntəqələri, yığışa biləcəkləri məkanlarla bağlı ehtimalları dəyərləndirən güc orqanları, terror təşkilatına üzv olan, yaxud bu təşəkilata üzv olmaq istiqamətdə iş aparan şəbəkələrin daha çox şəhərətrafı bağ massivlərində məskunlaşa biləcəyi səbəbi ilə profilaktiki tədbirlər həyata keçirməkdədir. Bu məqsədlə ilkin olaraq Abşerondakı bağ massivlərində genişmiqyaslı tədbirlərə start verilib. Məqsəd bağ massivlərində məskunlaşanların konkret ərazi vahidləri üzrə kimliyini dəqiqləşdirmək, şəxsiyyəti şübhə doğuran şəxsləri müəyyənləşdirməkdədir. Tədbirlər sırasına əhalinin ayıq-sayıqlığını artırmaq məqsədi ilə təbliğat və maarifləndirmə işinin aparılması da daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin