Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

































































































