Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın göstərişi ilə birliyin orqanı olan "Ədəbiyyat" qəzetinə baş redaktor təyin olunmuş yazçı Elçin Hüseynbəylinin qısa müddət sonra istefa verməsinin səbəbləri bəlli olub.
Etibarlı mənbələrdən Moderator.az-a daxil olan məlumata görə, Elçin Hüseynbəyli siyasi məzmunlu bir şeirin güdazına gedib. Məlumata görə, "Ədəbiyyat" qəzetində ölkə rəhbərliyini tənqid edən şeirin çapından sonra Elçin Hüseynbəyli istefa verməyə məcbur olub.
Etibarlı mənbənin məlumatına görə, Elçin Hüseynbəylinin "torbasnın tikilməsində" "Ədəbiyyat" qəzetinin əməkdaşı, kulturoloq Aydın Xanın da xüsusi əməyi olub...
































































































