Qarabağ Bloku toplandı

Hazırda oxunan: Qarabağ Bloku toplandı

57466
Bu gün ADP Mərkəzi qərargahında Qarabağ blokunun növbəti iclası keçirilib. 
Moderator.az -ın məlumatına görə, iclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Blok iştirakçıları ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının pozulması, söz, mətbuat, sərbəst toplaşma sahəsində məhdudiyyətlərin davam etməsi, qeyri hökumət təşkilatlarına və bütövlükdə vətəndaş cəmiyyəti institutlarına qarşı başladılan təzyiq və repessiyalarla əlaqədar  beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə qarşı artan tələblərini təqdir edib. Qeyd olunub ki, AŞPA-nın müvafiq komitəsinin, Fridom Haus təşkilatının, Norveç insan hüquqları evinin və digər hüquq müdafiə təşkilatlarının Azərbaycanda siyasi məhbuslar və insane hüquqları ilə əlaqədar narahatlığı tamamilə əsaslıdır və siyasi məhbusların təcili olaraq azadlığa buraxılması yaranmış vəziyyətdən yeganə çıxış yoludur. Toplantı iştirakçıları bir daha hakimiyyəti  bu çağrışlara adekvat reaksiya verməyə, siyasi plüralizmi təmin etməyə, söz, mətbuat, sərbəst toplaşma azadlıqlarına qarşı tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağa, QHT-lərə, onların rəhbərlərinə yönəlik təzyiq və repressiyaları durdurmağa, insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıblar.
Blok iştirakçıları İŞİD terror təşkilatının fəaliyyət dairəsinin getdikcə genişlənməsindən, bu təşkilatın region, eləcə də dünya üçün ciddi təhlükə yaratmasından, onun qardaş Türkiyə sərhədlərini aşaraq Türkiyənin daxili sabitliyinin pozulması faktından, İŞİD-ə etiraz adı altında PKK-nın Türkiyəni təhdid edən pozucu hərəkətlərinin güclənməsindən narahat olduğunu bildirib və hakimiyyəti İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə səylərini birləşdirməyə, hər iki ölkə üçün təhlükə yaradan beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etməyə çağırıb.
Blok iştirakçıları Fransanın Burq-Le-Valaks şəhəri admnistrasiyasının Dağlıq Qarabağın müstəqilliyinin tanınması, Şuşanın adı çəkilən çəhərlə qardaşlaşmış şəhər elan edilməsi ilə bağlı çıxardığı qərarı qətiyyətlə pisləyib və bu cür hərəkətlərin Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyi ilə bir araya sığmadığını, Azərbaycanın müstəqilliyi və suverenliyinə qarşı yönəlik hərəkət olduğunu bildirib və hakimiyyəti bu məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfirliyindən izahat tələb etməyə çağırıb.
Blok iştirakçıları Milli Şuranın təşkilatçılığı ilə 12 oktyabrda keçirilməsi nəzərdə tutulan mitinqə münasibət bildirib və mitinqlərin, nümayiş və piketlərin dinc siyasi mübarizədə əsas vasitə olduğunu diqqətə çatdırıb, mitinqin əsas məsuliyyətinin təşkilatçıların və hakimiyyətin  üzərinə düşdüyünü qeyd etməklə, bloka daxil olan partiya üzvlərinin dinc kütləvi aksiyalardakı iştirakına məhdudiyyət qoyulmadığını qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin