“Hər zaman bu cür addımları pisləmişik və bu gün də mövqeyimizdə qalırıq”

Hazırda oxunan: “Hər zaman bu cür addımları pisləmişik və bu gün də mövqeyimizdə qalırıq”

57437

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Moderator.az-a açıqlamasında seperatçı rejimin Şuşa şəhəri ilə Fransanın Burq-Le-Valans şəhəri arasındakı imzalanan dostluq bəyannaməsinə münasibət bildirib:

“Azərbaycan dövlətinin bu və bu kimi məsələlərlə bağlı mövqeyi bəllidir. Biz də Qarabağın Azərbaycanlı İcması olaraq bu cür addımları pisləmişik və bu gün də öz mövqeyimizdə qalırıq. Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər hansı bir addım tərəfimizdən şiddətlə qınanır və bundan sonra da qınanılacaqdır. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan təqdirdə Fransanın hansısa şəhərinin Qarabağdakı seperatçı rejimlə anlaşma əldə etməsinin heç bir əhəmiyyəti yoxdur. Bunları mənasız, məntiqsiz addımlardır”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin