Ekoloji təhlükələrin-təhdidlərin mənbələri yalnız meşələrin doğranmasında-kəsilməsində, təbii sərvətlərin yanlış istifadəsində, suyun çirkləndirilməsində və təbii fəlakətlərdə, həm də sənaye istehsalatında deyil, nüvə və radioaktiv tullantılarda, həmçinin, xüsusi təhlükəni təşkil edən obyektlərin həyat qabiliyyətinin təminatının lazımi qaydada olmamasındadır. Bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, professor Rəbiyyət Aslanova sözügedən qurumun Cenevrədə keçirilən payız sessiyasında "Təhlükəsizliyə yeni çağırışlar: parlamentlərin rolu" mövzusunda müzakirələr zamanı çıxışında dilə gətirib. Onun dediyinə görə, belə təhlükəli obyektlərdən biri də yalnız Cənubi Qafqaz regionu üçün deyil, həm də bütün Avropa və Yaxın Şərq üçün təhlükə yaradan Ermənistanın ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) işçi blokudur. R. Aslanova qeyd edib ki, həmin blok 1980-ci ildə istismara verilib və layihə müddəti 25 il müəyyən edilib:
"Metsamor AES seysmoaktiv zonada yerləşir.1988-ci ilidə
baş verən zəlzələdə Metsamor AES-ə də ziyan dəyib və burada bir çox qəzalar baş
verib. Bu onu deməyə əsas verir ki, ehtimal olunan yeni zəlzələlər
həmin AES- yerlə-yeksan edə bilər. Bu fəlakət nəticəsində regionda hər şey məhv
olar. Çünki buna ehtimal çox böyükdür. Ona görə bizi bütün regionun təhlükəsizliyi
narahat edir. AES-də isismar müdəti keşmiş reaktorun soyudulması
üçün istifadə edilən sular Araz çayına axıdılır və oradan da Xəzər dənizinə
tökülür. Bundan əlavə erməni tərəfi radioaktiv tullantıları Azərbaycanın işğal
edilmiş ərazilərində basdırır. Regionda aparılmış tədqiqatlar bu ərazidə yüksək
radiasiya fonu olduğunu göstərir".
R. Aslanovanın bildirdiyinə görə, Dağlıq Qarabağda “nüvə
zonası” adlanan ərazi yaradılıb, yəni, Ermənistan ərazisindən göndərilən və nüvə
tullantıları ilə qablaşdırılmış xüsusi çəlləklər xüsusi çuxurlarda
basdırılır:
"Bir çox kəndlər nüvə qəbiristanlıqlarına
çevrilib. Bu işi “Dağlıq Qarabağın ordusu"nun "radiokimyəvi
qrup"una daxil olan əsgərlər yerinə yetirirlər. Daha vacib bir məqam isə
ondan ibarətdir ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir,
quru və dəmir yolları kəsilib, Mesamor AES üçün atom yanacağı ora yalnız hava
yolu ilə çatdırılır. Uran daşıyan hava laynerləri müxtəlif dövlətlərin
hava məkanları üstündə uçurlar. Bu, başqa sözlə ifadə edilsə, “ atom bombası ilə
uçmaq” deməkdir. Real faktlara əsaslandıqda stansiyanın
reaktoru 9 ballıq seysmoaktiv zonada yerləşir. Əgər Atom Elektrik
Stansiyasında qəza olarsa, təhlükə regional və ümumavropa xarakterini kəsb
etmiş olacaq. Çünki Mesamor AES-də radioaktiv sızmaların miqyasını qeyri-müəyyən
və gözlənilməzliyi baxımından proqnozlaşdırmaq mümkün deyil. Azərbaycanın nəzarətindən
kənarda qalmış işğal altında olan ərazilərində
ekoloji vəziyyət getdikcə həm də ona görə ağırlaşır
ki, 2006-cı ilin iyun ayından başlayaraq ermənilər məqsədyönlü şəkildə meşə sahələrində,
qoruq elan edilmiş zonalarda yanğınlar torədərək ekoliji durumu məhv edir.
Yanğınlardan başqa separatçıların bir çox əməlləri genişmiqyaslı ekoloji
problemlərə səbəb olub. Belə ki, demək olar ki, bütün çaylar öz başlanğıcını
Ermənistandan götürür, Azərbaycan ərazisində Kür
və Arazda birləşərək sonra Xəzər dənizinə tökülür. Neçə illərdir
ki, Ermənistandan başlanğıcını götürən çaylar Azərbaycan ərazisini
çirkləndirir, mis-molibden və mədən-təmizləmə kombinatında kimyəvi
çirklənməyə məruz qalan sular Araz çayına tökülür. Bu
cür işğala,
erməni terrorçuları tərəfindən təcavüzə məruz qalmış Azərbaycan torpaqları, Qarabağın
ərazisi beynəlxalq terrorizm üçün poliqona çevrilib. Bizim bununla bağlı
bir çox beynəlxalq strukturlara müraciətlərimiz də hələlik cavabsız
qalmaqdadır".
O, bildirib ki, belə səssizlik ola bilsin ki, gələcəkdə
bütün dünya üçün böyük problemə çevrilə bilər.
"Ermənilər işğal edilmiş torpaqlarda özlərinin
müvəqqəti olduğunu anlayaraq burada mədənlərdə olan faydalı qazıntıları və təbii
resursları vəhşicəsinə oğurlayırlar"- deyə, R.Aslanova
sonda sözlərinə əlavə edib.
Kamil
Həmzəoğlu


























































































