Bu gün Azərbaycan Tibb Universitetində (ATU) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatı laureatları ”“ Ervin Neher və Kurt Vütrix ilə görüş keçirilib.
Görüşdə çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov
Forumda müzakirə edilən mövzuların aktuallığından danışıb. Bildirib ki, Forum çərçivəsində
ATU-nun təşkilatçılığı ilə oktyabrın 3-də keçirilən “dəyirmi masa”da tibb sahəsi
üzrə son dərəcə aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə
dünyada əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Rektor diqqətə
çatdırıb ki, Nobel mükafatı laureatları ”“ Ervin Neherin və Kurt Vütrixin “dəyirmi
masa”da məruzələri maraqla qarşılanıb.
Sonra
Nobel mükafatçılarının elmdə əldə etdiyi uğurlar barədə məlumat verilib.
İon
kanalları ilə bağlı apardığı tədqiqatlardan danışan almaniyalı Nobel
mükafatçısı, professor Ervin Neyer bildirib ki, bu tədqiqatlar “insan
biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük
imkanlar açır.
Amerikalı
Nobel mükafatçısı, professor Kurt Vütrix isə ötən əsrdəki fundamental tədqiqatların
XXI əsrdə biologiya və tibbi diaqnostikada əhəmiyyətindən söz açıb. O, elmin
qloballaşdığı bir dövrdə dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin
vacibliyini diqqətə çatdırıb.
Diskussiya
şəraitində keçən görüşdə qonaqlar universitet müəllimlərinin suallarını
cavablandırıblar.
Daha sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə
Klinikasını gəzib, Klinikanın Təlim-Treninq mərkəzi ilə tanış olublar.Onlar
klinikada yaradılan şəraiti çox bəyəniblər. Qeyd edək ki, ATU-nun Təlim-Treninq
mərkəzi universitetin tələbələrinin və rezidentlərinin praktik bacarıqlara yiyələnməsi
və klinik vərdişlərin təkmilləşdirilməsi üçün fəaliyyət göstərir. Mərkəz
dünyada ən çox tət biq olunan maket və mulyajların, həmçinin kompüter simulyatorlarının
son modelləri ilə təchiz olunub.
Tədbirin və Klinika ilə tanışılığın sonunda rektor
Ə.Əmiraslanov Nobel mükafatı laureatlarına universitet adından hədiyyələr təqdim
edib.
































































































