Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi

Hazırda oxunan: Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi

57046

MDHP-nin sədri,  millət vəkili Fərəc Quliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:

“Sayqıdıyır Azərbaycan xalqı!
Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Bütöv Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban bayramı insanlıq tarixinin möhtəşəm səhifəsini təşkil edən islamın yer üzünə göndərilməsini özündə etiva edir. Bu əlamətdar gündə müsəlmanlar islam ayinlərini icra etməklə, xeyirxah əməllərlə hər cür fədakarlığa hazır olmanın və Tanrıya yaxınlığın sevincini yaşayırlar.
Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. 
Sizi, Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir,
Sizə can sağlığı, milli və şəxsi səadət arzulayıram.
Tanrı Sizi və Millətimizi qorusun!”

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin