“Mənim qızım maşınla adam vurmayıb. Bu barədə kim nə deyirsə, yalan deyir”. Bunu Hafta.az-açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. Cəmil Həsənli həmçinin bildirib ki, bu haqda yazılanlar həqiqəti əks etdirmir:
”Elə
bir şey yoxdur. Yazanda görmürlər ki, nə yazırlar?”.
Xatırladaq
ki, bu gün mediada Cəmil Həsənlinin qızının avtomobillə qəza törətdiyi və ailəsi
tərəfindən gizli saxlanması ilə bağlı xəbərlər yayılıb. Yayılan xəbərlərdə
2014-cü ilin sentyabr ayının ortalarında Milli Şura sədrinin Günel adlı qızının
idarə etdiyi 90-VL-983 nömrəli avtomobili ilə Yasamal rayonu Mirəli Seyidov küçəsində
bir qadını vuraraq ona ağır xəsarətlər yetirdiyi və və hadisə yerindən qaçdığı
bildirilir.






























































































