1974-cü ildə Türkiyə ilə Yunanıstan arasında baş vermiş hərbi münaqişədən sonra Yunanıstan etiraz əlaməti olaraq NATO blokunu tərk etdi. Lakin 1980-cı ildə ABŞ-ın təkidilə yenidən bloka qayıtmağa razılıq versə də, NATO üzvü olan Türkiyə Yunanıstanın bloka qayıtmasına etirazını bildirdi.
ABŞ bu məsələdə Türkiyəni razılığa çağırmağına baxmayaraq, Türkiyə
höküməti öz qərarında israrlı olduğunu nümayiş etdirdi. Belə olduğu təqdirdə
amerikalılar ilkin olaraq Türkiyə hökümətini terror və xaoslarla təhdid edərək
razı salmağa çalışdılar. Kriminogen durumu əvvəl də yaxşı olmayan Türkiyəni
qısa zaman ərzində qeyri adi cinayət və terror dalğası bürüdü. Ölkənin polis
orqanları isə bu xaosa qarşı tam gücsüzlük nümayiş etdirirdi.
Lakin bütün bu qarışıqlıq ölkənin siyasi rəhbərliyini mövqeyindən
geri döndərə bilmədi. Əvvəl olduğu kimi Türkiyə rəhbərliyi yenə də sözünün
üstündə qaldı. Eyni zamanda ABŞ da geri çəkilmək fikrində deyildi. Belə olduğu
təqdirdə amerikalılar özlərinə uyğun qərarın qəbulu üçün Türkiyənin siyasi
hakimiyyətini devirmək fikrinə düşdülər.
Bu məqsədlə ABŞ diplomatları və xüsusi xidmətləri Türkiyə hərbiçiləri
ilə məxfi danışıqlar aparmağa başladılar. 1980-cı ilin sentyabr ayının 11 də
Türkiyə Silahlı Qüvvələrin Hava Hücumundan Müdafiə qoşunların komandanı general
Əli Tahsin Şahinkaya ABŞ səfərindən Ankaraya qayıtdıqdan bir gün sonra
Türkiyədə dövlət çevrilişi baş verdi.
Beləliklə, 12 sentyabr 1980-ci ildə Türkiyə tarixində sayca üçüncü
olan dövlət çevrilişi baş verdi. Çevrilişi hazırlayanların başında Türkiyə
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kənan Evrən və Hava Hücumundan Müdafiə
Qoşunları komandanı general Əli Tahsin Şahinkaya dururdu.
Bu çevrilişlə baş nazir Süleyman Dəmirəl istefaya göndərilir, Türkiyə
Böyük Millət Məclisi buraxılır, siyasi partiyaların fəalliyyəti isə dəyandırıldı. Elə həmən il Yunanıstanın
hərbi bloka qayıdışı təmin edildi.
Göründüyü kimi, ABŞ Türkiyənin siyasi hakimiyyəti ilə problemlərini
hərbiçilərin əli ilə həll edirdi. Bu məsələdə şübhəsiz ki, türk generalları ilə
amerikalıların maraqlarının uyğunluğu öz işini gördü.
Təsadüfi olub olmadığını deyə bilmərəm, ancaq düz 30 il sonra, yəni
12 sentyabr 2010-cu ildə Türkiyədə keçirilmiş referendum nəticəsində
hərbiçilərin ölkənin siyasətinə müdaxiləsinə son qoyuldu.
Tarix göstərir ki, dünyada mövcüd olan böyük güclər hansı üsulla
olursa olsun öz planlarını həyata keçirirlər. Planlar cızılarkən həyata
keçirilə bilməmək kimi ehtimallar nəzərdən belə keçirilmir.
Baxmayaraq ki, ABŞ 1979-cu ildə İran ingilabından sonra İran kimi bir
müttəfiqini itirdi, lakin öz pozucu fəalliyyəti ilə faktiki Türkiyəni də itirə
bilərdi. Ancaq bu ABŞ üçün maneə olmadı. Səbəbi isə aydın idi... Müxtəlif
güclərin PKK terror təşkilatına
göstərdiyi dəstək ilə NATO Türkiyə üçün qurtuluş yoluna, Türkiyə isə ABŞ üçün rahat
ovlanan şikara çevirmişdi.
Çox şükürlər olsun ki, bizim ABŞ la elə bir sıcaq əlaqəmiz yoxdur ki,
onlar Azərbaycanda da bu cür üsullarla plan həyata keçirməyə nail olsunlar.
Müxtəlif QHT lərin vasitəsilə bu istiqamətdə atdıqları bütün addımlar isə
göründüyü kimi boşa çıxır.
Ancaq ABŞ dan başqa buna cəhd edən digər güclər də mövcuddur. Ən azı
qonşuluğumuzda Rusiya kimi imperiya ambisiyalı bir dövlət yerləşir. O dövlət
ki, bir zamanlar bütün dünyaya meydan sulayan Sovetlər birliyini müxtəlif
adlarla bərpa etmək fikrindən heç cürə daşına bilmir.
ABŞ, Türkiyədə istəyinə hərbiçilər vasitəsilə çatdı. Maraqlıdır, əgər
Kreml divarları arasında erməni işqalı altında olan Dağlıq Qarabağa və ətraf
rayonlara ordu yeritmək barədə qərar qəbul edilərsə Rusiya öz istəyinə hansı
üsullarla çatacaq?!
Heç şübhəsiz ki, respublikamızın siyasi rəhbərliyi bu qərara qəti
şəkildə qarşı çıxacaq. Ancaq bu o demək deyil ki, Rusiya geri çəkiləcək. Rusiya
öz məqsədinə çatmaq üçün digər üsullardan istifadə edə bilər...
Ən əvvəl Rusiya, qərb ilə münasibətdə mövqeyimizin
konkretləşdirməsini bizdən tələb edəcək. Məsələ ondadır ki, Rusiyanın qərblə
münasibətinin qarşılığında qərbin özü də tərəf seçməyi bizdən tələb edir.
Tədricən bu tələbnamələrin fonunda ABŞ-ın müxtıəlif demokratik institutları
bizə qarşı demokratiya ilə pərdələnmiş basqılarını artırmağa başlayacaq. Necə
ki, artıq bu proses baylayıb...
Nəticədə, biz yavaş yavaş özümüz də başa düşmədən tərəf seçmək
qərarını verməli oluruq. Son günlərdə ölkəmizə Rusiyadan gələn qonaqların xüsusi
kimliyi və dövlət rəsmiləririmizin verdiyi açıqlamalar sübut edir ki, bu seçim
heç şübhəsiz ki, Rusiya olacaq.
Beləliklə, Azərbaycan şimal qonşumuzu tərəf seçdikdən sonra, faktiki
olaraq Ermənistan nümunəsi olaraq Rusiyadan aslı vəziyyətə düşəcək. Ancaq
Ermənistanın xarici diaspora və dini eynilik üstünlüyü bizdə olmadığından, biz
daha çox ziyanlı duruma düşmək təhlükəsi ilə üzləşə bilərik. Nəticədə, qısa
zaman ərzində elə bir vəziyyət yarana bilər ki, biz artıq ABŞ və avropanın az
da olsa olan dəstəyindən məhrum olarıq.
Qərbin dəstəyindən Azərbaycanı məhrum edən Rusiya, zaman zaman bizi
qərblə faktiki düşmən etmək yolunu tutacaq. Rusiyaya tərəf atdığımız hər addım
bizi qərbdən iki addım uzaqlaşdıracaq.
Bir müddətdən sonra ABŞ və digər qərb ölkələrinin ölkəmizə qarşı
düşmənçiliyi nəticəsində Azərbaycanda vətəndaş cəmiyyətlərinin radikallaşması
gözlənilməlidir.
Tədricən biz elə bir vəziyyət qarşısında qala bilərik ki, ölkədə
ikitirəlik yaranar və cəmiyyətimiz öz mövqeyini hər cəhdlə müdafiə etməyə
çalışan iki hissəyə bölünə bilər...
Beləliklə, Rusiya planının kulminasiya nöqtəsində şansımız var ki, ikitirəliyin
şimal tirəsi öz seçimini Ukraynanın separat bölgələrində olduğu kimi silah ilə
müdafiə etmək fikrinə düşsün.
Eyni zamanda bütün bu proseslərlə paralel olaraq RF Baş Kəşfiyyat
İdarəsinin ordumuzun daxilində dayaqlar qurmaq cahdləri daha da konkret forma
alacağını proqnoz etmək olar.
Əslinə qaldıqda proqnoz vermək o qədər də alicənab iş sayılmır. Ancaq
heç buna ehtiyac da yoxdur. Necə deyərlər - görünən dağa bələdçi lazım deyil!
Tərlan Qurbanov




































































































