Amerika Şeytan Ştatları-Vladimir Jirinovski...- FOTO

Hazırda oxunan: Amerika Şeytan Ştatları-Vladimir Jirinovski...- FOTO

56808
Moderator.az oxucularına onları heyrətləndirəcək və təəccübləndircək bir foto təqdim edir. 
Şəkildə gördüyünüz ünlü Vladimir Jirinovskinin Amerika Birləşmiş Ştatlarının tezliklə çökəcəyi və dünya xəritəsindən silinəcəyiylə bağlı sərsəm öncəgörmələri yazılmış şeytan xislətli "Amerika şeytan Ştatları" kitabının üz qabığıdır.
 Rusiyanın baş təlxəyi Azərbaycana gələndə özü ilə çoxsaylı ədəbiyyatlar, qəzet və digər nəşrlər kimi öz kitabını da gətirərək beynimizi yumaq niyyətinə, həvəsinə düşüb. Amma keçməz, onun heç vaxt ermənipərəst mövqeyinin səmimi şəkildə dəyişməyəcəyinə inanmayanlar zavallılardı.
 Onun prezident İlham Əliyev tərəfindən qəbul edilməsi isə başadüşüləndir. Əsas onun şeytan xisləti deyil, Putindən gətirdiyi mesajlardı ki, onun səfər boğçasında nə olduğunu bilməkdə fayda vardı...

Diqqətçəkən bir məqam da Jirinovskinin zamanı qabaqlamaq istəməsidir. Kitabın üz qabığında "2015-ci il" yazılması nəşriyyatın"peşəkar"lığından və baş təlxəyin aqibətindən xəbər verir...
Amerika Şeytan Ştatları-Vladimir Jirinovski...- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2256.jpg">Amerika Şeytan Ştatları-Vladimir Jirinovski...- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2257.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin