İsa Qəmbər prezidentliyə namizəd olacaq

Hazırda oxunan: İsa Qəmbər prezidentliyə namizəd olacaq

56457
Müsavat Məclisinin sədri Arzu Səmədbəyli İsa Qəmbərin 2018-c ildə keçiriləcək prezident seçkisində Müsavat-dan namizədliyini təklif edib. Bu təklif qurultay iştirakçıları tərəfindən alqışlanıb və qəbul edilib.

Sədr bu təklifi Müsavat Partiyasının bu gün işinə başlayan VIII qurultayında səsləndirib. 

Qeyd edək ki, qurultayda çıxış edən İsa Qəmbər iştirakçıları münasibətilə təbrik edib. İ.Qəmbər vurğulayıb ki, Müsavat Partiyası sıradan bir partiya deyil.

İ.Qəmbər Müsavat-ın qurulduğu ilk illərdən, Azərbaycanın müstəqilliyi yolunda apardıqları mübarizədən, partiya qurucularının apardıqları mübarizənin tarixindən söz açıb və deyib ki, bu mübarizədən bu günkü sələflərə pay düşməsi qürurverici hadisədir. 

ANS PRESS-in məlumatına görə, bu qurultayda partiyaya yeni başqan seçiləcək. Başqanlıq postu uğrunda 4 nəfərin namizədliyi qeydə alınıb. Başqanlığa isə dörd namizəd var - Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin