“Nuh əyyamından qalmış avadanlıqlarla hansı keyfiyyətli filmdən danışmaq olar?”
Moderator.az
xəbər verir ki, bu fikri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev
bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında “Kinemotoqrafiya
haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. İclasda çıxış edən komitə
sədri Nizami Cəfərov deyib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
"Kinematoqrafiya haqqında" yeniləşdirimiş qanun layihəsi hazırlanıb və
bu sənəddə mövcud qanundan fəqrli olaraq Azərbaycan kinosunun,
kinematoqrafiyasının inkişafı nəzərdə tutulub. Komitə sədrinin dediyinə görə,
yeni qanun layihəsində daha çox kino sənətinin, kinematoqrafiyanın texnolji tərəflərinin,
texnolji imkanlarının yaxşılaşdırılmasını nəzərdə tutan məqamlar öz əksini
tapır:
"Azərbaycan kinosunun inkişafı üçün
istedadla, belə demək mümkünsə, Allah vergisi ilə yanaşı, onun texniki
avadanlıqlarının, texnologiyasının müasir standartlara cavab verməsi də vacib şərtdir.
Bu baxımdan, kinonun, kinematoqrafiyanın, xüsusilə, onun
texniki avadanlıqların vergilərdən, gömrük rüsumundan azad edilməsi məsələsi təklif
olunur. Yəni, yeni qanunun əsas mahiyyəti bundan ibarətdir. Təbii ki, istər
Vergilər Nazirliyi, istərsə də Gömrük Komitəsi bundan imtina edəcəklər, çünki
onların belə səlahiyyətləri
var. Amma biz həmin qurumları, Azərbaycan hökümətini inandıra bilsək ki, belə
olan təqdirdə, bunlar Azərbaycan kinosunu uğura gətirib çıxaracaq, yalınız o
zaman bu məsələnin müsbət həllinə, yeni qanunun işləməsinə nail ola bilərik.
Onu da deyim ki, belə bir təcrübə bir sıra ölkələrdə var və onlar qısa müddət ərzində
uğurlu nəticələr əldə ediblər".
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında bildirib ki,
"Kinematoqrafiya haqqında" mövcud qanunun bir sıra müddəaları var ki,
həmin müddəalar artıq köhnəlib və onların zamanın, dövrün reallıqlarına, tələblərinə
uyğynlaşdırılması ehtiyacı yaranıb:
"Bu
həyatda heç nə əbədi, heç nə doqma deyil. Dəyişikliklər,
yeniliklər mütləq olmalıdır. Eyni zamanda onu da deyim ki, son illər Azərbaycan
kinosununda dinamikanın müsbətə dönüşünü görməliyik. Bunu görməmək mümkün
deyil. Ancaq bununla belə hesab edirik ki, Azərbaycan kinosunun inkişafı, kino
çəkilişi ilə bağlı texniki avadanlıqların dünya standartlarına çatdırılması
üçün kinomuz mütləq bir sıra vergi növlərindən, gömrük rüsumundan azad
olunmalıdır".
Nazir
müavininin dediyinə görə, bu gün yaxşı film istehsal etmək üçün mütləq yüksək səviyyəli
yeni texniki avadanlıqlara ehtiyac var:
"Ancaq
təəssüflər olsun ki, "Azərbaycanfilm" kinostudiyasındakı kameralar,
texniki avadanlıqlar ötənn əsrin 40-50-ci ilərdən qalma avadanlıqlardır,
kinopavilyonlar Nuh əyyamından qalmadırlar. "Azərbaycanfilm"
kinostudiyası ilə yanaşı, dövlətdən dotasiya alan digər 7 kinostudiya bu gün
kinolentlərini xaricdən almaq məcburiyyətindədirlər. Ancaq vergilərin çox ,
gömrük rüsumunun yüksək olmasına görə bunu edə bilmirlər. Keyfiyyətli film çəkmək
üçünsə keyfiyyətli kinolentlərə ehtiyac var. Onları da ancaq ABŞ-dan,
Almaniyadan, Yaponiyadan alıb gətirmək olar. Ancaq dediyim səbəblərdən bunları
alıb gətirmək mümmkün olmur. Ümumiyyətlə, vergilərlə Azərbaycan kinosu o qədər
yüklənir ki, o, artıq rentabellikdən çıxır. Bu gün biz beynəlxalq festivallarda
iştirak edirik, Azərbaycan kinosu beynəlxalq festivallarda nümayiş olunur.
Ancaq bunlarlın sayı azdır. Bunların sayının çox olması üçün eyni zamanda,
xaicdən bura güclü aktyorların, rejissorların, orepatorların dəvət olunması
lazımdır və vacibdir. Ancaq Nuh əyyamından qalmış avadanlıqlarla hansı keyfiyyətli
filmdən danışmaq olar və
ya kim həmin avadanlıqlarla burada film çəkilişinə razı olar? Ona görə bu
baxımdan ən azı hesab edirik ki, aşağısı 5 il, yuxarısı 10 il olmaq şərtilə Azərbaycan
kinosu bir sıra vergilərdən, gömrük rüsumundan azad olunmalıdır. Biz demirik
ki, bu 50 və ya 100 il müddətinə olsun, biz sadəcə, istəyirik ki, Azərbaycan
kinosunu ayağa qaldırmaq, onun dünya miqyasına layqli şəkildə çıxarmaq üçün ən
azı 5-10 illiyinə vergilərdən, gömrük rüsumundan azad olunmalı nəzərdə
tutulmalıdır. Bunsuz Azərbaycan kinosunun inkişafından danışmaq olmaz".
Sözügedən
komitənin sədr müavini Rafael Hüseynov müzakirələrdə səsləndirilən fikirləri dəstəkləyərək
eyni zamanda, Azərbaycan kinosunun vəziyyətindən narazlığını da bildirib:
"Bu gün Azərbaycan kinosunun vəziyyətini
futbolumuzun vəziyyəti ilə müqayisə etmək olar. Azərbaycan
futbolu bu gün beynəlxalq idman arenasında nə vəziyyətdədirsə, kinomuz da o vəziyyəıtdədir".
Xalq
artisti Şəfiqə Məmmədova isə bildridi ki, Azərbaycan kinosunu ikişaf etdirmək,
onu yenidən dirçəltmək, həmçinin, Azərbaycan kinosunu dünyaya təqdim etmək,
beynəlxalq festivallarda nümayiş etdirmək üçün güclü kino məktəbi olmalıdır və
bu gün Azərbaycanda kino məktəbinə ehtiyac var. Onun dediyinə
görə, istedadla, istedadlı aktyorlarla yanaşı, Azərbaycan kinosunu irəliyə
aparmaq üçün peşəkar, savadlı rejissorlar, opreratotlar, ssenaristlər də
olmalıdır: "İstedadla tək iş bitmir. Həm də peşəkar, savadlı mütəxəssislər
olmalıdır. Bunun üçün də mütləq və mütləq Azərbaycanda güclü kino məktəbi
yaranmalıdır. Bu gün beynəlxalq festivallar da tələb
edir ki, ora təqdim olunan filmlər, kinolar milli olsun. Yəni, bizim filmlərimizə,
kinolarımıza çəkilən aktyor və aktrisalar da milli olmalıdır, rejissolar da
milli olmalıdır, aktyorlar da başqa dillərdə yox, yalnız Azərbaycan dilində
danışmalıdır. Bir sözlə, tərcüməçi, dublyaj olmamalıdır. Ancaq çox təəsüssflər
olsun ki, bizdə peşəkarların, savadlı kino mütəxəssislərinin sayı getdikçə
azalmaqdadadır. Bunun aradan qaldırılması üçün də bir daha hesab edirəm ki, Azərbaycanda
milli kino məktəbi olmalı, yaranmalıdır. Yoxsa, Azərbaycan kinosunun gələcək
inkişafından söhbət açmaq olmaz".



























































































