Fərəc Quliyev BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Hazırda oxunan: Fərəc Quliyev BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

56182

Moderator.az xəbər verir ki, 23 sentyabr 2014-cü il tarixdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Antonius Bruk  ilə görüşüb. Görüşdə dünyada və bölgədəki son siyasi hadisələr, ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT-nin Dağlıq Qarabağla bağlı vizionu, Güney Azərbaycandakı soydaşlarımızın vəziyyəti, Güney Azərbaycandan dünyanın hər yerinə didərgin düşmüş soydaşlarımızın vəziyyəti və onlara kömək imkanları müzakirə olunu.

Millət Vəkili Fərəc Quliyev  yaxın gələcəkdə baş tutacaq BMT-nin 69-cu sesiyasında, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı gündəliyə salınmış məsələyə xüsusi munasibət bildirdi. Millət vəkili bildirdi ki, işğal olunmuş ərazilərimizdə xaricdən- xüsusilə Suriya və İraqdan gələn kürdlər və ermənilər yerləşdirilir. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Çünki, onlar gələcəkdə, Azərbaycan torpaqları azad edildikdən sonra, onsuz da oradan çıxarılacaq. Bu fonda istəmirik ki, gələcək üçün bir problem bombası basdırılsın ki, nə vaxtsa o partlasın.

Görüşdə əməkdaşlıq imkanları da müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin