“Anti-korrupsiya idarəsinin əməyini danmaq günahdır”

Hazırda oxunan: “Anti-korrupsiya idarəsinin əməyini danmaq günahdır”

56178

AŞPA sədri Ann Brasör Baş Prokurorluqda keçirdiyi görüşdə Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəni yüksək qiymətləndirib. Lakin A.Brasörün bu fikri müstəqil hüquqşünaslar tərəfindən heç də birmənalı qarşılanmayıb.

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən hüquqşünas Əyyib Kərimov A.Brasörün bu açıqlaması ilə bağlı konkret fikir yürütməyin çətin olduğunu vurğuladı:

“Ədalət naminə qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməyini danmaq günah olar. Bu idarə korrupsiyaya qarşı mübarizə istiqamətində lazımi addımlar atır. Lakin mənim şəxsi fikrim bundan ibarətdir ki, ölkədə korrupsiyaya qarşı mübarizə yüksək səviyyədə deyil. A.Brasörün bu fikirləri nəyin əsasında səsləndirdiyini deyə bilmərəm. Ola bilsin ki, o, sırf statistik məlumatları əsas götürərək belə deyib. Lakin bu bir faktdır ki, mübarizə var, lakin bunu yüksək, qənaətbəxş hesab etmək olmaz”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin