Həbs edilən jurnalistin qardaşı od püskürdü

Hazırda oxunan: Həbs edilən jurnalistin qardaşı od püskürdü

55978

Moderator.az-a müraciət edən həbsdə olan jurnalist Ərşad İbrahimlinin qardaşı Taryel İbrahimov hüquq-mühafizə orqanlarına çağırış edib. 

Qardaşının əsassız yerə həbs edildiyini bildirən T.İbrahimov qanunu pozan şəxslərin azadlıqda gəzdiyinə diqqət çəkib:

“Günahsız yerə  həbs olunan qardaşım Ərşad İbrahimlinin  11 il cəza almasına şərait yaradan, 6 milyon  400 min  dövlət pulunu mənimsəyən  Kəlbəcər Rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun  azadlıqla sərbəst gəzməsi qanunlarımıza zidd olmaqla bərabər 74 min kəlbəcərli məcburi köçkünü hiddətə gətirib.

Ona görə ki, Məhəmməd  Bağırov heç bir əsas olmadan öz himayədarlarının köməkliyi ilə şər-böhtan əsasında, qərəzli şəkildə  mənim qardaşımı həbsə atdırıb. Bəs görəsən korrupsioner Məhəmməd Bağırov kimə arxalanıb ki, külli miqdarda  dövlət əmlakını mənimsədiyi halda sərbəst şəkildə gəzir. Görəsən hüquq mühafizə orqanları belə bir cinayəti nədən görmür və ya görmək istəmir ?

Qardaşım Ərşad İbrahimli dövlət əmlakını külli miqdarda mənimsəyən  Məhəmməd Bağırovun əməllərini bir neçə ay bundan öncə  mətbuat vasitəsi ilə ifşa etmişdi.  Baş prokuror yanında Korruspiyaya qarşı Mübarizə Baş İdarəsinin göstərişi ilə Maliyyə Nazirliyinin apardığı araşdırmada həqiqətən təsdiqləndi ki Məhəmməd Bağırov  dövlətdən 6 milyon 400 min pul mənimsəyib. Belə olan halda  korruspsioner Məhəmməd Bağırov niyə həbs edilmir ? Bəs necə ola bilir ki, belə bir cinayətkar həbs olunmadığı halda  həmin cinayətin üstünü açdığına görə mənim qardaşım Ərşad İbrahimli günahsız həbs ediblər?

 Burdan belə qənaətə gəlmək olar ki, cinayətkar Məhəmməd Bağırovun azadlıqda gəzməsi mənim qardaşımın qərəzli şəkildə həbs edilməsi Məhəmməd Bağırovun mənimsədiyi  6 milyon 400 min pulun  gücünün nəticəsidir.

 Mərhum prezidentimiz Heydər Əliyevin  bir kəlamın nəzərinizə çatırmaq istəyirəm: “Dövlət iki şeydən sarsıla bilər - günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə"

Ümid edirik ki, hüquq-mühafizə orqanları ulu  öndərimizin bu kəlamından gec də olsa nəticə çıxaracaqlar”.

 P.S.Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin