Davudoğlu və xanımı Bakını seyr etdi

Hazırda oxunan: Davudoğlu və xanımı Bakını seyr etdi

55726
Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu xanımı ilə birgə Bakını seyr edib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda rəsmi səfərdə olan baş nazir, xanımı Sare Davudoğluna paytaxtımızın mənzərələri yerlərini göstərib. Birlikdə Bakını seyr edən baş nazir və xanımı Xəzər dənizi fonunda foto çəkdiriblər. 

Qeyd edək ki, Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Azərbaycanda rəsmi səfərdədir. Əhməd Davudoğlu səfəri çərçivəsində Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib. Baş nazir şəhidlərimizin məzarların, sonra Türk Şəhidliyini ziyarət edib.

Əhməd Davudoğlu daha sonra Fəxri Xiyabanda oub. O, Ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət edib. Türkiyəli rəsmi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin