Mili Məclisdə “Eynəklər və linzalar haqqında” qanun layihəsi hazırlanır. Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, eynək taxan şəxslərin 50%-dən artığı bu gün keyfiyyətli eynək və linza problemi ilə üzləşirlər:
“Belə
ki, bu gün apteklərdə satılan eynəklərin keyfiyyətində ciddi problemlər var. Yəni,
eynəklər standartlara uyğun olmadığından bunu taxan şəxsin görməsində daha
ciddi problemlər yaranır.” H. Rəcəbli onuda bildirdi ki, linza məsələsində daha
dəhşətli mənzərə yaranıb:
“Əməliyyat nəticəsində gözə taxılan linzalar şəhərdə
apteklərdə və digər ticarət obyektlərində piştaxtalarda satılır. Bu
isə yolverilməz haldır. Bu,linza taxan şəxs üçün sonradan daha ciddi problemlər
yarada bilər. Bütün bunları nəzərə alaraq komitə yaranmış problemi hüquqi cəhətdən
tənzimləmək məqsədi ilə belə bir qanun layihəsi hazırlayır və layihə üzərində
iş yekunlaşmaqdadır. Biz çalışırıq ki, bu layihə parlamentin payız sessiyasının
iş planına salınıb müzakirə olunsun.”

































































































