“Təssüflər olsun ki, gözləntilər özünü doğrultmadı”

Hazırda oxunan: “Təssüflər olsun ki, gözləntilər özünü doğrultmadı”

55414

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da partiyaların maliyyələşdirilməsi üçün büdcədən ayrılan vəsaitin istifadə olunmayan hissəsinin parlamentdə təmsil olunan partiyalar arasında proporsional qaydada bölünməsini təklif edir.

  Moderator.az-a açıqlamasında partiya sədri bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna son dəyişikliklərin edilməsi zamanı parlamentdə təmsil olunan partiyaların büdcədən ayrılan və xərclənməyən hissəsinin bu partiyalar arasında bölünməsi ilə bağlı maddənin salınacağı ilə bağlı gözləntiləri var idi:

 “Ancaq təssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı.”

F.Ağamalının sözlərinə görə, qanunda seçkilərdə iştirak edib nəzərdə tutulan baryeri keçən, amma parlamentə düşə bilməyən partiyaların da dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulsa da, baryeri keçən və parlamentə düşə bilməyib dövlətdən maliyyələşən partiya yoxdur. Bu səbəbdən də dövlət tərəfindən ayrılan vəsait xərclənməmiş qalır. Bizim də təklifimiz ondan ibartədir ki, büdcədən ayrılan, ancaq xərclənməyən bu vəsait parlamentdə təmsil olunan partiyalar arasında proporsional qayda da bölünsün. Bu vəsait partiyaların maliyyə probleminin həllinə və fəaliyyətinin inkişafına təkan verə bilər.”

F.Ağamalı onu da bildirdi ki, biz bu məsələsnin “Siyasi partiyalar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər zamanı ediləcəyini gözləyirdik, amma bu olmadı:

“Buna baxmayaraq parlamentdə təmsil olunan partiyalar payız sessiyasında dövlət büdcəsi müzakirə olunan zaman bu məsələni bir daha hökumət qarşısında qaldıracaq.”

Partiya sədri onu da istisna etmədi ki, məsələ ilə bağlı parlamentdəki partiyaların vahid mövqeyini əks etdirən bir sənədin hökumətə təqdim edilməsi də istisna deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin