Bayraq endiriləcək

Hazırda oxunan: Bayraq endiriləcək

55347
Bu gün axşam saatlarından etibarən Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı endiriləcək.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən, axşam saatlarından etibarən Bakıda güclü külək əsəcək. Bu səbəbdən, Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, iyun ayın 22-də Bakıda küləyin güclənməsi nəticəsində dövlət bayrağı cırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin