“Ruhum Qarabağlıdır...”-Qənirə Paşayeva

Hazırda oxunan: “Ruhum Qarabağlıdır...”-Qənirə Paşayeva

55247









Moderator.az millət vəkili Qənirə Paşayevanın Qarabağsızlığa həsr etdiyi ağını oxuculara təqdim edir:

“Ruhum Qarabağlıdır”
I.
Yuxum ərşə çəkilib
görmədiyim gündən səni.
Nə səndən o yana cənnət var,
Nə səndən bəri.
Gözümün yaşı kəsmir,
Sənə gəlməyəndən bəri.
Halını bilməyəndən bəri,
Canım param-parça, ruhum pərişan,
Diriykən ölüyəm
İnan, Qarabağ!
Mənim yaralı atam,
Mənim bəlalı anam,
Bizi səsləyən,
naləli anam.
Qarabağ!
Türk torpağı, türk yurdu,
Gözlərimi yaş yudu.
Sənsiz niyə yaşayım?!
Sənsiz necə yaşayım,
Ömrü necə daşıyım-
Qarabağ?!.
Düşmən tapdağında qoymarıq səni,
Kafir caynağında qoymarıq səni,
Həsrətin sorağında qoymarıq səni,
Müqəddəs and yerim, ruhum, Qarabağ!
Sənsiz qala bilmərəm!
Sənsiz ola bilmərəm!
Sənsiz ölə bilmərəm!
Ölsəm, qibləm Qarabağ!

II.
Yetər, Dünya!
Bir gör, artıq:
Günahlını;
günahsızı,
Qantökəni,
axan qanı;
əsir olan cocuqları,
girov qalan anaları;
Torpaq-deyib yananları,
Viran olan yuvaları, xanaları...
Yetər, Dünya!
Bir duy, artıq:
Öz yurduna həsrət qalan milyonların,
Ərşə qalxan naləsini...
Bir gör, artıq:
qan-qan deyən,
Qarabağın
bağrı qanlı laləsini.
Yetər, Dünya!
Bir gör, artıq:
O günahsız qadınların, cocuqların
Axıdılan pak qanını.
Odsuz qalan ocaqların
külə dönmüş zamanını.
Köçkünlüyə məhkum olmuş milyonların,
Boynubükük cocuqların
Gözlərini,
o gözlərin kədərini,
Dillənməyən ürəklərin çağrısını,
ağrısını.
Yetər, Dünya!
Bir gör, artıq
Əsir, girov qadınlara, körpələrə,
O edilən zülümləri
Duy, onların fəryadını, harayını!
Yetər, Dünya!
Bir gör, artıq:
“Vətən, Vətən!” ”“ deyə-deyə
Bu dünyayla vidalaşan,
Qocaların göz yaşını...
Torpağını sevənlərin,
“Torpaq” adlı savaşını.
Yetər, Dünya!
Anla artıq:
“Bircə dəfə öz evimi görə bilsəm,
Öz evimdə ölə bilsəm;
əzizimin məzarına üz-gözümü sürtə bilsəm”
deyənlərin,
Həsrəti dadanların,
Ayrılığı yeyənlərin
həsrətini, ağrısını-acısını...
Yetər, Dünya!
Bir gün artıq:
O günahsız qadınların, cocuqların,
Köçkün olan, qaçqın olan yüz minlərin,
öz evinə öz evi kimi gedəmməyənlərin
Boynubükük arzuları çarpar səni!..
Yetər, Dünya!
Haqq deyilən dada yetsin!
Qaçqınların hay-harayı
Hər doğmaya, yada yetsin. -
Varsa əgər bu dünyada ”“
ən adil insana yetsin!..
Yetər, Dünya!
Bir gör, artıq:
Zülm eyləyən zülümkarı...
Bu dövrdə, bu zamanda
Ölüm saçan ölümkarı...
Bir gör, artıq!
Bir duy, artıq!
Anla, artıq!
Yetər, artıq,
Artıq yetər!
Eşit, Dünya!
Yüzminlərin nərəsini -
“Haqq!” bağıran haqq səsini!
Qarabağsızların naləsini.

III.
Qarabağ düşmən əllərdə!
Duysun düşmən, bilsin hamı
Qalmayacaq bu ah yerdə,
Qalmayacaq bu qan yerdə!
günah yerdə...
Qarabağım yad əllərdə!
Qarabağım düşmən əlində!
Dönəcəyik evimizə,
Dönəcəyik yurdumuza...
Sökəcəyik biz bu yolda
Qarşımızda hər nə varsa,
Dönəcəyik Qarabağa!
Qarabağım,
Anam mənim, canım mənim,
Qərib qalmış ünvanım mənim,
Duyurmusan bu səsləri;
Milyonlarla övladının,
Yer üzünün hər yanından,
Sən
Qarabağ nərəsini, haqq səsini!?
Şəhid olmaq həvəsini.
Harda olsaq fərqi yoxdur,
Qibləmizsən, xan Qarabağ!
Harda olsaq fərqi yoxdur,
Harayımız, naləmizsən, can Qarabağ!
Sən canımız, sən qanımız,
Sən ən qutsal amalımız,
Sən ən böyük sevdamızsan,
can Qarabağ!

IV.
Qarabağım!
Güneyliyik, Quzeyliyik,
Təbrizdənik, Bakıdanıq ,
Borçalıdan, Dərbənddənik,
Anadolu, Kərkükdənik!
Türküstandan, Altaydanıq ”“
Fərqi yoxdur biz hardanıq,
Fərqi yoxdur biz hardayıq.
Uzaqdayıq, yaxındayıq ”“
Biz hamımız sənin üçün Qarabağlıyıq!
Biz hamımız üzümüzü sənə tutduq!
Biz hamımız sözümüzü sənə tutduq;
Sözümüzdə səni tutduq!
Qarabağım!
Heç qalarmı qisas yerdə?! ”“
Qalmayacaq bu ah yerdə!
Bunu qoymaz Allah yerdə!
Qalmayacaq bu qan yerdə!
Qarabağım yad əllərdə!
Qarabağım düşmən əldə!
Öləcəyik sənin üçün,
Qarabağım!
Qanımızdır sənə fəda, Qarabağım!
Gələcəyik sənin üçün,
Qarabağım!
Canımızdır sənə fəda, Qarabağım!
Qəm yeməynən,
keçəcəkdir acı günlər.
Qəm yeməynən,
Bitəcək xarıbülbüllər,
Ötəcək sarı bülbüllər!
Baxma indi aralıyıq,
Sən düşmənin tapdağında,
Biz də səndən yaralıyıq.
Əyan olsun qoy, hamıya,
Bəyan olsun qoy, hamıya,
Qoy, and olsun Xocalıya!
Sənsiz bizə haram olsun
bu gen dünya!
Dönəcəyik, sənə bir gün,
QARABAÄžIM!
QARAM, AÄžIM!

V.
Ruhuma Vətənsən, gözümə torpaq!
Gözəl Qarabağ!
Xar tutmuş gülümsən,
xarıbülbülüm,
İndi bir həsrətin
yarı bülbülüm.
Səndədir,
sənlədir
sanım, Qarabağ!
canım Qarabağ!
Mənim qibləm Qarabağ!
Qibləm qara bağlıdır...
Mənim ruhum Qarabağ!
Ruhum Qarabağlıdır!
Qaram, ağım!
Qara ağım!
Ay Qarabağ!
Eşqim mənim!
Taleyimdə
ən silinməz nəqşim mənim!
Düşünən türk səni deyir, səni anır.
Hərənin önündə bir Qarabağ dayanır.
Ürəksizə yaxın uzaq,
Ürəkliyə uzaq yaxın!
Sevgimizi göndəririk axın-axın
sənin üçün,
Qarabağım!
Qaram, ağım!
Qara ağım!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin