Ukrayna böhranı başa çatar-çatmaz Qərb və Rusiyanın Qafqaz uğrunda savaşa başlayacağı ilə bağlı səslənən iddiaların sayı artmaqdadır. Bununla bağlı Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu iddianın ciddi mənada özünü doğruldacağına inanmadığını vurğuladı:
“Azərbaycana
həm Rusiyanın, həm də Qərbin marağı getdikcə artır. Hər
iki istiqamətdən müəyyən təzyiqlər də var. Çünki hər ikisi Azərbaycanı öz
yanında görmək istəyir. Ukraynadakı proseslər hələ yekunlaşmayıb. Ona görə də
Rusiya və Qərbin Ukraynanı buraxıb Azərbaycan uğrunda ölüm-dirim savaşına girişəcəyini
gözləmirəm. Həm də Azərbaycan belə bir savaş üçün əsas vermir. Rəsmi Bakı həm
Rusiya, həm də Qərblə əməkdaşlığını davam etdirir. Ukraynada bu hadisələr ona
görə yaşandı ki, birmənalı olaraq Qərbə inteqrasiya yolu seçildi və Kreml bu
ölkəni parçalamağa qərar verdi. Azərbaycan isə belə bir seçim qarşısında deyil.
Buna baxmayaraq, Rusiyadakı siyasi və hərbi dairələri Azərbaycanı Gömrük
İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə cəlb etmək istəyirlər. İndiki halda bu
mümkün deyil. Çünkli Azərbaycan işğalçı Ermənistanla eyni inteqrasiya məkanında
ola bilməz”.
Seymur
Əliyev

































































































